Yuxarı

Rəcəb Tayyib Ərdoğan: "Nəticəni görək, sonra qərarımızı verərik"

Türkiyə prezidenti: Hörmətli Bağçalının dediklərinə əhəmiyyət verməyəcəm

Bakı. 14 avqust. REPORT.AZ/ "Şərtlər çox dəyişdi. Nəticəni görək, sonra qərarımızı verərik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan koalisiya hökumətinin qurulmasının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna tapşırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

O, Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında koalisiya hökumətinin qurulmamasına münasibəti belə olub: "Əslində, dünənki nəticə təyinedici bir nəticə deyil. Baş nazir (Əhməd Davudoğlu - "Report") MHP (Milliyyətçi Hərəkat Partiyası - "Report") ilə görüşdükdən sonra nəticəni mənə bildirəcək. Bu görüşdən sonra mənzərəni görüb, vəziyyəti ona uyğun dəyərləndirmək lazımdır".

Jurnalistlərin "Dövlət Bağçalı (MHP sədri- "Report") baş nazirin sizin təsiriniz altında qalmamasının vacibliyi şərtini irəli sürüb. Buna necə baxırsınız" sualına cavb verən R.T.Ərdoğan deyib: "Hörmətli Bağçalı mən və ailəmlə bağlı ədəb sərhədlərini aşan bəzi ifadələr işlətdiyindən, ona əhəmiyyət verməyəcəyəm".

Qeyd edək ki, avqustun 13-də AKP ilə CHP arasında koalisiyanın qurulması ilə bağlı görüş nəticəsiz başa çatıb. Bundan sonra Əhməd Davudoğlu hökumət qurulması üçün MHP liderindən görüş istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi