Yuxarı

GUAM ölkələri fövqəladə hallar sahəsində əməkdaşlığı müzakirə ediblər

Kiyevdə GUAM İşçi Qrupunun fövqəladə hallar üzrə XII iclası keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Martın 30-31-də Kiyevdə GUAM Katibliyində İşçi Qrupun fövqəladə hallar üzrə XII iclası keçirilib, iclasda GUAM üzv bütün dövlətlərin nümayəndələri iştirak edib. 

"Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları 2015-ci il üçün İşçi Qrupun İş Planını müzakirə ediblər, qəza vəziyyətlərinin qarşısının alınması və aradan qaldırılması sahələrində fəaliyyət haqqında, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı haqqında məlumat mübadiləsi aparıblar.

İşçi Qrupun növbəti iclası 2015-ci ilin noyabr ayında keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi