Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi təklif edilib

Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi təklif edilib Təhsil naziri: "Qazaxıstan latın əlifbasına keçid təcrübəsi ilə tanış olmaq üçün Azərbaycana və Özbəkistana nümayəndə heyəti göndərməlidir"
Region
18 Aprel , 2017 14:01
Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi təklif edilib

Bakı. 18 aprel. REPORT.AZ/ Qazaxıstanın təhsil və elm naziri Yerlan Saqadiyev latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsindən faydalanmağı təklif edəcək.

Bu barədə "Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir.

"Fikrimcə, bu, uzunmüddətli prosesdir. Hər şeyə ehtiyatla yanaşmaq lazımdır. Bunu prezidentin özü də deyib. Bu il məsələni mütəxəssislərlə, alimlərlə müzakirə edəcəyik. İlin sonuna doğru müəyyən variantlar təklif edəcəyik", - Y.Saqadiyev bildirib.

Nazir vurğulayıb ki, Qazaxıstan digər ölkələrdə latın əlifbasına keçid təcrübəsi ilə tanış olmaq üçün Azərbaycana və Özbəkistana nümayəndə heyəti göndərməlidir.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev gələn ildən latın əlifbasına keçəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi