Yuxarı
    Bağlamaq

    Qazaxıstanda iki nazir dövlət dilini öyrənəcəklərinə vəd veriblər

    Ölkənin ədliyyə və milli iqtisadiyyat nazirləri qazax dilində danışa bilmirlər

    Bakı. 4 may. REPORT.AZ/ “Qazax dilini öyrənmək üçün həftədə üç dəfə kursa gedirəm”.

    “Report” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ədliyyə naziri Marat Beketayev bildirib.

    İnformasiyaya əsasən, nazir mətbuata açıqlama verərkən jurnalistlərin bəzi suallarını qazax, digərlərini isə rus dilində cavablandırıb. Bundan sonra jurnalistlər ona “suallara Qazaxıstanın dövlət dili olan qazaxca nə vaxt cavab verəcəksiniz” sualını ünvanlayıblar. Ədliyyə naziri qazax dilində danışmaqda çətinlik çəkdiyini etiraf edib: “Bir il ərzində tam öyrənəcəyəm. Hazırda qazax dilini öyrənmək üçün həftədə 3 dəfə kursa gedirəm. Aula gedəndə sakinlər və qohumlarımla qazax dlində danışıram”.

    Məlumata görə, Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov da bu ilin yanvarında dövlət dilini 6 aya öyrənəcəyini vəd vermişdi. Bu il o, Məclisin toplantısında deputatların suallarına dövlət dilində cavab verməyə çətinlik çəkib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi