Yuxarı
    Bağlamaq

    Qazaxıstanda 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlanıb

    Prokurorluq bildirib ki, 192,7 min ton xam neftin qanunsuz ixracı ilə məşğul olan 13 iştirakçı müəyyənləşdirilib

    Bakı. 16 iyul. REPORT.AZ/ Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq, ixracı faktı aşkarlanıb.

    "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.

    Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- "Report") dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır".

    Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi