Qazaxıstanda 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlanıb

Qazaxıstanda 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlanıb Prokurorluq bildirib ki, 192,7 min ton xam neftin qanunsuz ixracı ilə məşğul olan 13 iştirakçı müəyyənləşdirilib
Region
16 İyul , 2015 12:34
Qazaxıstanda 118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlanıb

Bakı. 16 iyul. REPORT.AZ/ Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq, ixracı faktı aşkarlanıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- "Report") dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır".

Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi