Qazaxıstan Prezidenti “Lukoil”in başçısı ilə görüşüb

Qazaxıstan Prezidenti “Lukoil”in başçısı ilə görüşüb Bakı. 20 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiyanın “Lukoil” neft şirkətinin başçısı Vahid Ələkbərovu qəbul edib.
Region
20 Fevral , 2019 14:01
Qazaxıstan Prezidenti “Lukoil”in başçısı ilə görüşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiyanın “Lukoil” neft şirkətinin başçısı Vahid Ələkbərovu qəbul edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər neft-qaz sənayesi sahəsində gələcək əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər.

N.Nazarbayev bildirib ki, “Lukoil” şirkəti Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyub.

Sonda N.Nazarbayevə Qazaxıstanın Xəzər dənizi hissəsində karbohidrogen kəşfiyyatı və hasilatı üzrə “Jenis” layihəsinin birlikdə həyata keçirilməsi planının detalları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi