Bakı. 15 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin Konstitusiya Şurasına müraciət edib.
“Report” “Xabar 24”ə istinadən xəbər verir ki, o, Əsas Qanunun 42-ci maddəsinin 3-cü bəndindəki prezidentin səlahiyyətlərinə erkən xitam verməsinə əsas verən səbəblər siyahısının dolğun olub-olmamasına aydınlıq gətirilməsini istəyib.
Şuradan bildirilib ki, Qazaxıstan Konstitusiyasına görə, dövlət başçısının istefa vermək hüququ prezident üsul-idarəsinin və ölkə prezidentinin konstitusiya statusunun bir ünsürüdür. Həmin hüquq konstitusiyanın hər kəsin əsas hüquq və azadlıqlarını, o cümlədən əmək azadlığı, məşğuliyyət və peşə seçmək azadlığı hüquqlarını təsbit edən başqa müddəalarında da öz əksini tapıb.
Beləliklə, Şura Əsas Qanunun 42-ci maddəsinin 3-cü bənddəki “...habelə ... Prezidentin vəzifəsindən vaxtından əvvəl azad olunması halında...” sözlərini dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə əsaslardan biri kimi istefanı da nəzərdə tutduğu qənaətinə gəlib.