Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının komitə toplantısı keçirilir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının komitə toplantısı keçirilir Onlar yerli bölgənin mədəniyyəti ilə də tanış olublar
Region
2 Aprel , 2015 12:32
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının komitə toplantısı keçirilir

Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Mədəniyyət, Təhsil və Sosial işlər Komitəsinin 44-cü toplantısı keçirilir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbirdə 12 üzv dövlətin parlamentlərinin təmsilçiləri iştirak edir.

Toplantı Türkiyənin Ordu mahalının Fatsa rayonunda gerçəkləşdirilir.

Parlament üzvləri yerli bölgənin mədəniyyəti ilə də tanış olublar.

Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Yunanıstan, Bolqarıstan, Rusiya, Moldova, Ermənistan, Serbiya, Rumıniya və Albaniyanın parlament nümayəndələrinin qatıldığı nahardan sonra yerli folklor ansamblı Orduya aid rəqsləri və mahnıları təqdim ediblər. 

Son xəbərlər

Orphus sistemi