Yuxarı

​Putin və Ərdoğan arasında görüş noyabrın sonuna qədər keçirilə bilər

Türkiyənin Rusiyadakı səfiri: Ölkələrimizin liderləri arasında müxtəlif görüşlər ötən beş il ərzində hər il keçirilir

Bakı. 31 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş noyabrın sonuna qədər Kazanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YSƏŞ) çərçivəsində baş tuta bilər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Ölkələrimizin liderləri arasında müxtəlif görüşlər ötən beş il ərzində hər il keçirilir. Belə görüşlər həmçinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində də baş tutur. Ötən il bu qurumun iclası dekabrın 1-də Ankarada keçirildi. Bu il isə toplantı artıq Rusiyanın Kazan şəhərində olacaq", - səfir bildirib.

Onun sözlərinə görə, planlaşdırılan görüşün mövzusu "Türk axını" qaz boru kəməri ola bilər. "Təbii ki, bu məsələ müzakirə olunan mövzular arasında olacaq", - Ü.Yardım qeyd edib.

Səfir istisna etməyib ki, elə bir zəruri məsələ ortaya çıxa bilər ki, iki ölkə lideri onun müzakirəsi üçün daha tez bir zamanda görüşə bilərlər. "Ola bilsin ki, bu görüş prezident Ərdoğanın Kazana səfərindən əvvəl baş tutsun...", - diplomat deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi