​Putin Ərdoğana Əsədlə görüşü haqda məlumat verib

​Putin Ərdoğana Əsədlə görüşü haqda məlumat verib Türkiyə prezidenti Rusiya prezidentinə zəng edib
Region
21 Oktyabr , 2015 16:56
​Putin Ərdoğana Əsədlə görüşü haqda məlumat verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Suriyadakı rejimin başçısı Bəşşar Əsədin Moskvaya səfəri barədə məlumat verib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Belə ki, oktyabrın 21-də Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə zəng edərək, Bəşşar Əsədlə görüşü haqda bağlı məlumat verməsini istəyib.

Türkiyə prezidenti Suriyada baş verən son hadisələrin narahatedici olduğunu və yeni qaçqın dalğasının başladığını söyləyib.

Son xəbərlər

Orphus sistemi