Tacikistan hakimiyyəti: Prezidentin oğlunun Düşənbə meri təyin olunmasında qanun pozuntusu yoxdur

Tacikistan hakimiyyəti: Prezidentin oğlunun Düşənbə meri təyin olunmasında qanun pozuntusu yoxdur Cümə Davlatov: "Bu addım dövlət müəssisələrində kadrların gəncləşdirilməsi siyasətinin davamıdır"
Region
6 Fevral , 2017 12:27
Tacikistan hakimiyyəti: Prezidentin oğlunun Düşənbə meri təyin olunmasında qanun pozuntusu yoxdur

Bakı. 6 fevral. REPORT.AZ/ "Tacikistan prezidenti Emoməli Rəhmonın oğlu, 29 yaşlı Rüstəm Emoməlinin Düşənbə şəhərinin meri təyin olunması qanun pozuntusu deyil".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Xidməti Agentliyinin rəhbəri Cümə Davlatov bildirib.

Onun sözlərinə görə, bu addım son bir neçə ildə Tacikistanda həyata keçirilən dövlət müəssisələrində kadrların gəncləşdirilməsi siyasətinin davamıdır.

C.Davlatov heç kimin prezident övladlarına dövlət strukturlarında yüksək vəzifə tutmağı qadağan etmək haqqının olmadığını, eləcə də şəhər başçılarının və rayon sədrlərinin birbaşa respublikanın baş nazirinə tabe olduqlarını əlavə edib.

Son xəbərlər

Orphus sistemi