Yuxarı

ABŞ-ın dövlət katibi Trampın Türkiyə ilə bağlı bəyanatını şərh edib

Bakı. 14 yanvar. REPORT.AZ/ “Donald Trampın sanksiyaya bənzər tədbirlərdən bəhs etdiyini zənn edirəm”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı Prezident Donald Trampın Türkiyəyə iqtisadi sanksiya tətbiq edə biləcəkləri barədə “Twitter” səhifəsindəki yazdıqlarını şərh edərkən bildirib.

O, D.Trampın Suriyadan çıxmaq məsələsində fikrinin dəyişmədiyini, bu ölkədə təhlükəsizlik bölgənin yaradılması, Suriya sərhədinin qorunması ilə bağlı versiyaları araşdırdıqlarını bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu D.Trampın bəyanatındakı hədə dilini doğru saymadığını bildirib.

Qeyd edək ki, D.Tramp Türkiyəni iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi