Yuxarı

Türkiyənin XİN başçısı Donald Trampa cavab verib

Bakı. 14 yanvar. REPORT.AZ/ “Türkiyə bir yandan iqtisadi sanksiyalar, o biri yandan isə terrorla təhdid edilir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 14-də Lüksemburq xarici işlər naziri Jan Asselbornlə birgə mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı hədələyici bəyanatını dəyərləndirərkən deyib.

“Bu millət ac qalaram, Çanaqqala savaşında olduğu kimi boyun əymərəm” deyir. Dövlət olaraq nə lazımdırsa, biz onu da edəcəyik. Donald Trampın təzyiq etdiyi açıqlamaları və istifadə etdiyi hədə dilini isə doğru saymırıq”, - Mövlud Çavuşoğlu bildirib.

Xatırtladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəni iqtisadi sanksiyalarla tətbiq edəcəyi ilə hədələyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi