Dmitri Peskov: "Rusiyanın sanksiyaları terror təhlükəsinə qarşı qabaqlayıcı tədbirdir"

Dmitri Peskov: "Rusiyanın sanksiyaları terror təhlükəsinə qarşı qabaqlayıcı tədbirdir" Rusiya prezidentinin mətbuat katibi: "Rusiyanın qadağaları qarşı tərəfin sanksiyalarından bununla fərqlənir"
Region
2 Dekabr , 2015 14:50
Dmitri Peskov: Rusiyanın sanksiyaları terror təhlükəsinə qarşı qabaqlayıcı tədbirdir
Dmitri Peskov

Bakı. 2 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyalar artan terror təhlükəsinə qarşıdır və qabaqlayıcı xarakter daşıyır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin "Rusiya niyə bildirir ki, sanksiya təzyiqi mexanizmi ona təsir etməyəcək, bununla belə Türkiyəyə qarşı iqtisadi məhdudlaşdırma planı tətbiq edir" sulanına cavabında deyib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın qadağaları qarşı tərəfin sanksiyalarından fərqlənir və əsas fərq də atılan addımların artan terror təhlükəsinin qarşısının alınmasına yönəlməsidi.

Son xəbərlər

Orphus sistemi