Pentaqon sözçüsü: "Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır"

Pentaqon sözçüsü: "Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır" Bakı. 30 oktyabr. REPORT.AZ/ “Münbiç rayonu ətrafındakı Türkiyə ilə ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.
Region
30 Oktyabr , 2018 10:36
Pentaqon sözçüsü: Türkiyə-ABŞ Münbic ətrafında ortaq əməliyyat keçirməyə hazırdır
REUTERS/Rodi Said
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Münbiç rayonu ətrafındakı Türkiyə ilə ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.

“Report” xəbər verir ki, bunu Pentaqonun sözçüsü mayor Sön Robertson “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb.

Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq əməliyyat keçirmə qabiliyyətlərinin sinxronlaşdırıldığını deyib.

Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbiç rayonunda terrorçu PKK qruplaşmasının “YPG/PYD” adlı qolları yerləşdirilib. Rəsmi Ankara Vaşinqtondan terrorçuların bölgədən çıxarılmasını istəyir.

Son xəbərlər

Orphus sistemi