Paşinyan: "Ermənistanın polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir"

Paşinyan: "Ermənistanın polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir" Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda ölkədə korrupsiyaya qarşı mübarizə barədə qərar verəcəyini vəd edib.
Region
11 May , 2018 01:57
Paşinyan: Ermənistanın polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir
Nikol Paşinyan

Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda ölkədə korrupsiyaya qarşı mübarizə barədə qərar verəcəyini vəd edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsindəki videomüraciətində bildirib.

"Dövlət Avtomobil Müfəttişliyindən başlayaraq, zəncirvari şəkildə yüksək rütbəli vəzifələrdə başa çatmaqla, polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir", - deyə o bildirib.

Paşinyan yaxın günlərdə bununla bağlı müvafiq qərarın qəbul ediləcəyini qeyd edib. O, həmçinin əlavə edib ki, korrupsiyaya qarşı mübarizə Milli Təhlükəsizlik Xidməti üçün prioritet məsələ olmalıdır. 

Son xəbərlər

Orphus sistemi