Özbəkistan Senatına ilk dəfə qadın sədr seçilib

Özbəkistan Senatına ilk dəfə qadın sədr seçilib Özbəkistan Ali Məclisinin yuxarı palatası olan Senatın sədri vəzifəsinə ilk dəfə qadın seçilib.
Region
21 İyun , 2019 12:34
Özbəkistan Senatına ilk dəfə qadın sədr seçilib
Kun.uz

Özbəkistan Ali Məclisinin yuxarı palatası olan Senatın sədri vəzifəsinə ilk dəfə qadın seçilib.

“Report” “Kun.uz”a istinadən xəbər verir ki, sabiq baş nazir müavini və qadın komitəsinin sədri Tənzilə Narbayeva Senatın yeni spikeri seçilib.

“Mən Tənzilə Narbayevanın hökumətdəki fəaliyyəti dövründə gördüyü işləri, habelə uşaq əməyinə son qoymaq üçün hərəkətlərin alqışlayıram. Beynəlxalq həmrəylik sahəsində də onun zəhməti təqdirəlayiqdir”, – ölkə Prezidenti Şəfqət Mirziyayev xanım Narbayevanın namizədliyini təqdim edərkən bildirib.

Namizədliyi yekdilliklə qəbul olunan T.Narbayevanın sələfi Nemətulla Yoldaşev ötən gün baş prokuror vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi