Yuxarı

Özbəkistan prezidenti vəzifəsini müvəqqəti icra edən Şavkat Mirziyoyev prezidentliyə namizəd olub

Prezident seçkiləri dekabrın 4-də keçiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti vəzifəsini müvəqqəti icra edən, baş nazir Şavkat Mirziyoyev ölkə prezidentliyinə namizəd kimi irəli sürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumatda qeyd olunur ki, Ş.Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının siyasi şurasının iclasında irəli sürülüb.

Xatırladaq ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 2-də insult nəticəsində 78 yaşında vəfat edib. Konstitusiyaya əsasən, respublikanın başçısı vəzifələrini müvəqqəti icra edən şəxs senatın sədri Niqmatilla Yuldaşev təyin edilməli olsa da, o, könüllü olaraq bundan imtina edib. Nəticədə baş nazir Ş.Mirziyoyev respublikanın başçısı vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin olunub.

Qeyd edək ki, prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Namizədlərin irəli sürülməsi prosesi sentyabrın 30-da başlayacaq və oktyabrın 20-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi