​Özbəkistan prezidenti də Moskvadakı qələbə paradına qatılmayacaq

​Özbəkistan prezidenti də Moskvadakı qələbə paradına qatılmayacaq Mayın 9-da Özbəkistanda təntənəli tədbirlər keçiriləcək
Region
6 May , 2015 15:45
​Özbəkistan prezidenti də Moskvadakı qələbə paradına qatılmayacaq

Bakı. 6 may. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimov faşizm üzərində qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.

"Report" "Novıy vek"ə istinadən xəbər verir ki, bu haqda Özbəkistan prezidenti mətbuat xidmətinin təmsilçisi bildirib. 

Məlumata görə, mayın 9-da Özbəkistanda təntənəli tədbirlər keçiriləcək: "Dövlət başçısı həmin mərasimlərdə fəal şəkildə iştirak edəcək".

"Nuroniy" ictimai fondunun məlumatına əsasən, II Dünya müharibəsində Özbəkistanın 1,5 milyondan çox vətəndaşı iştirak edib, onların 400 mindən çoxu müharibədə həlak olub, 130 mini isə itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi