​Omskda kazarmanın uçması ilə bağlı cinayət işi açılıb

​Omskda kazarmanın uçması ilə bağlı cinayət işi açılıb Bu cinayətə görə 10 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub
Region
13 İyul , 2015 18:37
​Omskda kazarmanın uçması ilə bağlı cinayət işi açılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyanın Omsk şəhərində Hərbi Desant Təlim Mərkəzinin kazarmasının uçması ilə bağlı müstəntiqlər 3 maddə üzrə cinayət işi açıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi təmsilçisi Vladimir Markin bildirib.

İttihamlar arasında "səhlənkarlıq", "texniki təhlükəsizliyin pozulması", "səlahiyyət həddini aşma" maddələri də var.

"Məsələ ilə bağlı cinayət işi gələcək araşdırma üçün Rusiya İstintaq Komitəsinin hərbi istintaq idarəsinin mərkəzi aparatına verilib. Faciə ilə bağlı qərargah yaradılıb. Ona Rusiya İstintaq Komitəsi hərbi istintaq idarəsi rəisinin müavini başçılıq edir", - V.Markin qeyd edib.

Bu cinayətə görə 10 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, dağıntılar altından 42 hərbçi çıxarılıb, onlardan 23-ü ölüb, 19-u isə xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi