Nijnı Novqorod şəhərində avtomobil 12 piyadanı vurub

Nijnı Novqorod şəhərində avtomobil 12 piyadanı vurub Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 12 nəfərin xəsarət alması ilə nəticələnib.
Region
7 Dekabr , 2019 21:23
Nijnı Novqorod şəhərində avtomobil 12 piyadanı vurub

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 12 nəfərin xəsarət alması ilə nəticələnib.

“Report” “TASS”a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan şagirdlərin üzərinə sürüb. Nəticədə 9 yeniyetmə və onları teatra aparan üç şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi