Yuxarı

Nazir: "​Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir"

Fikri Işık :Sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırıq

Bakı. 12 avqust. REPORT.AZ/ "Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir".

"Report" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık "Haberturk" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindən 3 185 nəfər xaric edilib: "Onların 151-i general və admiraldır. Ordudan həmçinin 265 pilot xaric olunub".

"Sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırıq. Bəzi hərbi hissələr 10 gün, bəziləri 20 gün, bəziləri isə bir aya köçürüləcək. Onların əraziləri isə xalqın və ictimaiyyətin istifadəsinə veriləcək. "Akıncı" hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub", - deyə nazir söyləyib.

F.Işık iyulun 15-də dövlət çevirilişi ilə bağlı NATO-ya üzv ölkələrin məsələyə münasibətindən də danışıb: "NATO ilə Türkiyə arasında çətinlik yoxdur. Türkiyə NATO-nun üzvü və alyansda ikinci böyük orduya sahibdir. Üzvlüyündən irəli gələn hüquq və vəzifələrini yerinə yetirir. Problem iyulun 15-də yaranıb. NATO-ya üzv ölkələrin hadisəyə münasibəti demokratiyanı qorumaq və dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün küçələrə çıxan, 240 şəhid verən türk cəmiyyətini narazı salıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi