Nazarbayev: "Zelenski Putinlə Qazaxıstanda görüşməyə razılıq verib"

Nazarbayev: "Zelenski Putinlə Qazaxıstanda görüşməyə razılıq verib" Qazaxıstanın ilk və sabiq prezidenti Nursultan Nazarbayev Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və danışıqlar aparmağa hazır olduğunu bildirib.
Region
12 Noyabr , 2019 10:53
Nazarbayev: Zelenski Putinlə Qazaxıstanda görüşməyə razılıq verib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev / kazembassy.lt

Qazaxıstanın ilk və sabiq prezidenti Nursultan Nazarbayev Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və danışıqlar aparmağa hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

O deyib ki, Zelenski Putinlə üz-üzə görüşməyə razılıq verib: "Bu barədə Rusiya prezidentinə məlumat vermişəm. Baxaq görək necə olur".

Eyni zamanda sabiq prezident görüş yeri kimi Qazaxıstanı təklif edib.

Son xəbərlər

Orphus sistemi