Yuxarı
    Bağlamaq

    NATO PA Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələblər qoyub

    Qurum Tbilisini demokratiyanı, söz və mətbuat azadlığını inkişaf etdirməyə çağırıb© Report.az

    Tbilisi. 29 may. REPORT.AZ/ NATO-nun Parlament Assambleyası Gürcüstanın alyansa inteqrasiyasının gücləndiriməsi ilə bağlı müəyyən şərtlər irəli sürüb. NATO PA Gürcüstan hökuməti və parlamentini ölkədə demokratiyanı, söz və mətbuat azadlığını inkişaf etdirməyə, məhkəmələrin müstəqilliyini təmin etməyə çağırıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər, NATO PA-nın “Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi” ilə bağlı qəbul etdiyi bəyannamədə əksini tapıb.

    Sənəddə deyilir: “NATO PA hesab edir ki, Gürcüstan NATO-ya inteqrasiyasının gücləndirilməsi məqsədilə Gürcüstan-NATO komissiyasının, Milli Fəaliyyət Proqramının ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı təklif və tövsiyələrindən, mövcud imkanlardan istifadə etməlidir. Hökumət və parlament, ölkədə demokratik institutların inkişafı, media azadlığının, məhkəmələrin müstəqilliyinin təmin olunması istiqamətində fəaliyyəti davam etdirməli, iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqu dərinləşdirməli və gərginliyi azaltmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi