Yuxarı

​NATO-nun baş katibi Rusiyanın XİN başçısı ilə görüşüb

Yens Stoltenberg: Bu, anlaşılmazlığın aradan qaldırılmasına yardım edər

Bakı. 19 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberglə görüşüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda alyans məlumat yayıb.

Xəbərə görə, bu, Y.Stoltenbergin baş katib olandan bəri S.Lavrovla ikinci görüşüdür. Birinci dəfə onlar bu ilin fevralında Almaniyanın Münhen şəhərində təhlükəsizlik məsələləri üzrə konfransda bir araya gəliblər.

Görüşdən sonra baş katib rusiyalı nazirlə Ukraynanın şərqindəki vəziyyətdən danışdıqlarını söyləyib: "Minsk razılaşmasının yerinə yetirilməsi, atəşin kəsilməsi, ağır texnikanın təmas xəttindən çəkilməsinin vacibliyini müzakirə etdik".

Y.Stoltenberg deyib ki, NATO bu yaxınlarda əlaqə vasitələrini yeniləyərək onları yoxlayıb: "Bu, anlaşılmazlığın aradan qaldırılmasına yardım edər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi