Yuxarı
    Bağlamaq

    ​NATO-nun baş katibi: "Rusiya ilə Qərb yeni "soyuq müharibə" vəziyyətində deyil"

    Yens Stoltenberq: Beynəlxalq hüququ pozan və gücünə arxayın olan Rusiya ilə üz-üzə qalmışıq

    Bakı. 4 iyul. REPORT.AZ/ "Rusiya ilə Qərb yeni "soyuq müharibə" şəraitində deyil".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Deutsche Welle" ("Alman dalğası") radiosuna müsahibəsində deyib.

    Baş katib qeyd edib ki, NATO və Rusiya yeni "soyuq savaş" vəziyyətində deyil: ""Soyuq müharibə dövründə Varşava müqaviləsi və NATO mövcud idi. Bu, qlobal münaqişə, iki ideologiyanın qarşıdurması idi".

    O bildirib ki, NATO ölkələri üçün təhlükənin təsviri ilə şəraitin təhlili arasındakı balansı gözləmək lazımdır: "Təhlükəni şişirdib, şəraiti dramatikləşdirməyə ehtiyac yoxdur. Biz birbaşa təhlükə görmürük. Çünki NATO bütün zamanların ən güclü müdafiə ittifaqıdır. Biz beynəlxalq hüququ pozan və gücünə arxayın olan Rusiya ilə üz-üzə qalmışıq".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi