Yuxarı
    Bağlamaq

    Ərdoğan: "NATO-da birlikdə olsaq da, ancaq siz dəstəyi separatçı terrorçu qruplaşmalara verirsiniz"

    Türkiyə prezidenti: Siz terrorçu kimi tanıdığınız qruplaşmaları necə dəstəkləyirsiniz?

    Bakı. 29 dekabr. REPORT.AZ/ “Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə deyil, separatçı terrorçu qruplaşmalara verirsiniz”.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elmi və Texnoloji Araşdırma Mərkəzinin (TÜBİTAK) mükafatlandırma mərasimindəki çıxışında vurğulayıb.

    “Türkiyə olaraq, Qərb dövlətlərini ayrı-seçkilik etməməyə çağırırıq. ABŞ başda olmaqla onlar günahsız insanların qatillərinə dəstək veririlər. Bizim media vasitəsilə onlara sataşmamağımızı istəyirlər. Bəs, bunları harada danışacağıq. Biz bunları ikitərəfli görüşlərimizdə də danışmışıq. Siz terror qruplaşmalarına yardım edirsiniz. Bizim də təhlükəsizlik orqanlarımız var. Terrorçularda hansı silah və sursatın olduğunu sizin qədər yaxşı bilirik. Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə deyil, separatçı terrorçu qruplaşmalara verirsiniz. Siz terrorçu kimi tanıdığınız qruplaşmaları necə dəstəkləyirsiniz? Bizim bunu qəbul və həzm etməyimiz mümkün deyil. Əgər strateji ortağıqsa, onların deyil, bizim yanımızda yer almalısınız. Bizdən bundan fərqli ifadələr gözləməyin. Siyasət apararkən xalqınızın sizdən bir şeylər tələb etdiyini deyirsiniz. Bizdən də xalqımız nəsə gözləyir”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

    Qeyd edək ki, Türkiyə tərəfi terrorçu PKK qruplaşmasının Suriyadakı qolları “PYD” və “YPG”yə, eyni zamanda bu qruplardan formalaşan “Suriya Demokratik Qüvvələri”nə ABŞ və müttəfiqlərinin silah-sursat verdiyini bildirir. Qarşı tərəf isə bunu təkzib edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi