Yuxarı

NATO baş katibi Gürcüstana gəlib

Stoltenberq Tbilisidə keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının sessiyasında iştirak edəcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfərə gəlib. 

"Report" xəbər verir ki, ikigünlük səfər çərçivəsində Y. Stoltenberq Gürcüstan prezidenti Georgi Marqelaşvili, müdafiə naziri Levan İzoriya və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.

Bundan başqa, NATO-nun baş katibi Tbilisidə Gürcüstan parlamentinin binasında tələbələrin qarşısında çıxış edəcək və Gürcüstanda sentyabrın 7-8-də keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının sessiyasında iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi