FHN: Ermənistan parlamentinin binasında bomba tapılmayıb - YENİLƏNİB

FHN: Ermənistan parlamentinin binasında bomba tapılmayıb - YENİLƏNİB FHN istehkamçıları və polis kinoloqları parlamentin bütün otaqlarını yoxlayır
Region
2 Sentyabr , 2017 12:31
FHN: Ermənistan parlamentinin binasında bomba tapılmayıb - YENİLƏNİB

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ermənistan parlamentinin binasında bomba tapılmayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan fövqəladə hallar nazirinin müavini David Karapetyan bildirib.

"Axtarış işləri hələ də davam edir", - o vurğulayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin istehkamçıları və polis kinoloqları parlamentin bütün otaqlarını yoxlayır. Hələlik şübhəli heç nə tapılmayıb.


*** 10:10

Bu gün naməlum şəxs Ermənistan parlamentinin binasına bomba qoyulması barədə məlumat verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, xilasedici əməliyyat qrupu və xüsusi təyinatlıların xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə dəstəsi hadisə yerinə göndərilib. 

Qeyd edək ki, sentyabrın 1-də də naməlum şəxs Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin binasına bomba qoyulması barədə məlumat verib. Amma məlumat təsdiqlənməyib. 

Son xəbərlər

Orphus sistemi