Münasibətlər dondurulduqdan sonra Rusiya və NATO generalları ilk dəfə telefonda danışıqlar aparıblar

Münasibətlər dondurulduqdan sonra Rusiya və NATO generalları ilk dəfə telefonda danışıqlar aparıblar Rusiya Müdafiə Nazirliyi: “Danışığın təşəbbüsçüsü NATO olub”
Region
3 Mart , 2017 14:50
Münasibətlər dondurulduqdan sonra Rusiya və NATO generalları ilk dəfə telefonda danışıqlar aparıblar

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin sədri Pyotr Pavel arasında münasibətlər dondurulduqdan sonra ilk dəfə telefon danışığı olub. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Nazirlikdən bildirilib ki, 2017-ci il martın 3-də NATO tərəfin təşəbbüsü ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirnin birinci müavini ordu generalı Valeri Gerasimovla NATO Hərbi Komitəsinin sədri general Pyotr Pavel münasibətlər dondurulduqdan sonra ilk dəfə telefonla danışıblar: "Bu, hərbiçilərin yüksək vəzifəliləri arasında ilk təmasdır. Danışığın təşəbbüsçüsü NATO olub”.

Tərəflər qarşılıqlı problemləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi