Mövlud Çavuşoğlu: "Ankaradakı küçələrdən birinə öldürülən səfirin adı veriləcək"

Mövlud Çavuşoğlu: "Ankaradakı küçələrdən birinə öldürülən səfirin adı veriləcək" "Səfir Andrey Karlovun ölümü ilə əlaqədar Rusiya kimi, Türkiyə də kədərlənir"
Region
20 Dekabr , 2016 12:54
Mövlud Çavuşoğlu: Ankaradakı küçələrdən birinə öldürülən səfirin adı veriləcək

Bakı. 20 dekabr. REPORT.AZ/ "Səfir Andrey Karlovun ölümü ilə əlaqədar Rusiya kimi, Türkiyə də kədərlənir".

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

O, bu addımın Türkiyə-Rusiya münasibətlərinə və ölkələr arasında əldə olunan irəliləyiş zərər vurulmasına yönəldiyini qeyd edib.

"Bu alçaq hərəkətin arxasında kimin dayandığını tapmalıyıq və bu araşdırmanı birlikdə edəcəyik. Cinayəti törədənlər mütləq cəzalanacaqlar", - deyə M.Çavuşoğlu bildirib.

O, həmçinin Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə öldürülən səfirin adının veriləcəyini sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi