Moskvanın iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Moskvanın iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib Araşdımadan sonra xəbərin yalan olduğu müəyyən edilib
Region
1 İyun , 2017 13:26
Moskvanın iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Moskvanın Vnukovo və Şeremetyevo aeroportlarına  bomba qoyulması barədə anonim telefon zəngindən sonra hər iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda həmin hava limanlarının mətbuat xidmətləri məlumat yayıb.

İnformasiyaya əsasən, iyunun 1-də Moskva vaxtı ilə saat 10.03-də Vnukovo hava limanına bomba qoyulması haqda şəhər Polis İdarəsinə anonim telefon zəngi daxil olub. 

Məlumata görə, araşdımadan sonra xəbərin yalan olduğu müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi