Bakı. 1 iyun. REPORT.AZ/ Moskvanın Vnukovo və Şeremetyevo aeroportlarına bomba qoyulması barədə anonim telefon zəngindən sonra hər iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda həmin hava limanlarının mətbuat xidmətləri məlumat yayıb.
İnformasiyaya əsasən, iyunun 1-də Moskva vaxtı ilə saat 10.03-də Vnukovo hava limanına bomba qoyulması haqda şəhər Polis İdarəsinə anonim telefon zəngi daxil olub.
Məlumata görə, araşdımadan sonra xəbərin yalan olduğu müəyyən edilib.