Moskvada qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB-2

Moskvada qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB-2 Ümumilikdə 137 nəfər xəsarət alıb
Region
30 May , 2017 03:51
Moskvada qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB-2
Foto: rusdialog.ru

Bakı. 30 may. REPORT.AZ/ Bazar ertəsi Moskva şəhəri və vilayətində baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" xəbər verir ki, son məlumatlara görə, Odintsova şəhərində üzərinə ağac düşən 86 yaşlı kişi dünyasını dəyişib.

O, qarın nahiyəsindən küt travma alıb və onurğa sütununun bel hissəsi qırılıb. Kişi xəstəxanaya aparılarkən yolda keçinib.

Bundan əvvəl qasırğa nəticəsində 137 nəfərin xəsarət aldığı xəbər verilmişdi.

Hazırda kommunal təsərrüfat işçiləri təbii fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.

***23:48/29 may 

Moskvada baş verən qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın fövqəladə hallar xidmətindən bildirilib.

"Hazırda 137 nəfər tibbi yardıma ehtiyac duyub. Bu, son rəqəm deyil", - deyə mənbə qeyd edib.

Qasırğa nəticəsində 11 nəfər ölüb.

***18:28

Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

"Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb", - deyə İvanova bildirib.

Son xəbərlər

Orphus sistemi