Yuxarı

​Moskva məhkəməsi T.İsmayılovun şirkətinin 213 mln. dollar ödəməsi barədə qərar çıxarıb

Məhkəmə KБФ AST şirkətinin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı qarşılıqlı iddiasını rədd edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Moskva şəhər Arbitraj məhkəməsi VTB qrupuna daxil Moskva Bankının iş adamı Telman İsmayılova məxsus "ACT" şirkətlər qrupuna daxil olan "KБФ AСT" şirkətinə qarşı qaldırdığı iddia üzrə təxminən 213 mln. dollar məbləğin iddiaçı tərəfə ödənilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə "Repoprt" "RİA Novosti"yə istinadən xəbər verir.

İddia ərizəsində bank "Ruslayn 2000" ilə 28 sentyabr 2012-ci il tarixli kredit müqaviləsində zamin kimi çıxış edən cavabdeh tərəfindən nəzərdə tutulan məbləğin ödənilməsini tələb edib.

Məhkəmə "KБФ AST" şirkətinin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı qarşılıqlı iddiasını rədd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi