Yuxarı
    Bağlamaq

    Moldova Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

    Memorandum AİB və Moldova arasında qarşılıqlı əməkdaşlıq üzrə birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur

    Bakı. 3 aprel. REPORT.AZ/ Moldova Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, imza mərasimi bu gün Kişinyovda fəaliyyətə başlayan "Avrasiya İqtisadi Birliyi - Moldova Respublikası" Beynəlxalq Forumu çərçivəsində keçirilib. Memorandumu Moldova prezidenti İqor Dodon və AİB-nin Kollegiya heyətinin sədri Tiqran Sarkisyan imzalayıblar.

    İmzalanma mərasimində İ.Dodon Moldovanın AİB ilə daha fəal əməkdaşlığa can atdığını bildirib.

    Memorandum AİB və Moldova arasında qarşılıqlı əməkdaşlıq üzrə birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

    Yeri gəlmişkən, Moldovada hakim Avropayameyilli partiyalar koalisiyası memorandumun imzalanmasına qarşı çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi