Moldova Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Moldova Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb Memorandum AİB və Moldova arasında qarşılıqlı əməkdaşlıq üzrə birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur
Region
3 Aprel , 2017 13:23
Moldova Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Moldova Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, imza mərasimi bu gün Kişinyovda fəaliyyətə başlayan "Avrasiya İqtisadi Birliyi - Moldova Respublikası" Beynəlxalq Forumu çərçivəsində keçirilib. Memorandumu Moldova prezidenti İqor Dodon və AİB-nin Kollegiya heyətinin sədri Tiqran Sarkisyan imzalayıblar.

İmzalanma mərasimində İ.Dodon Moldovanın AİB ilə daha fəal əməkdaşlığa can atdığını bildirib.

Memorandum AİB və Moldova arasında qarşılıqlı əməkdaşlıq üzrə birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

Yeri gəlmişkən, Moldovada hakim Avropayameyilli partiyalar koalisiyası memorandumun imzalanmasına qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi