Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb

Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.
Region
28 Noyabr , 2018 22:10
Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb

Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.

O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: “Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.

M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar keçirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi