Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək

Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək İclas aprelin 19-na nəzərdə tutulub
Region
16 Aprel , 2018 08:24
Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 19-da Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 2018-ci ilin Mədəniyyət ili elan olunduğunu nəzərə alaraq, MDB ölkələri xalqlarının mədəni dəyərləri və ənənələrinin işıqlandırılması yollarına aid məsələlərin müzakirəsi daxildir.

İclas iştirakçıları həmçinin Şuranın layihələrinin reallaşdırılması, Qırğızıstanda qarşıdakı III Ümumdünya Köçəri Oyunlarının işıqlandırılması məsələsini nəzərdən keçirəcəklər.

Şuraya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət informasiya agentliklərinin rəhbərləri daxildir.

Son xəbərlər

Orphus sistemi