Yuxarı

Mərkəz rəhbəri: "Gürcüstan qızılca epidemiyası ilə qarşı-qarşıyadır"

Mərkəz rəhbəri: "Gürcüstan qızılca epidemiyası ilə qarşı-qarşıyadır"
Bunu ictimaiyyətdən gizlətməyin mənası yoxdur

Tbilisi. 16 fevral. REPORT.AZ/ Gürcüstan qızılca epidemiyası ilə qarşı-qarşıyadır. Bunu ictimaiyyətdən gizlətməyin mənası yoxdur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu gün Gürcüstanda 268 qızılca xəstəsi qeydə alınıb. Epidemiya əsasən Acariyada yayılıb. Qeydə alınan qızılca xəstələrinin 70 faizi Acariyadadır. Amma xəstələrin sayı paytaxt Tbilisidə durmadan artır.

A.Qamkrelidze əhalini özlərini və yeni nəsli müdafiə etmək üçün peyvənd vurdurmağa çağırıb. Bildirib ki, ölkədə uşaqların çoxuna qızılcaya qarşı peyvənd vurulmayıb. Hazırda uşaq bağçaları və məktəblərdə uşaqların peyvənd olub-olmaması araşdırılır.

Onun sözlərinə görə, Gürcüstanda 20-40 yaş arasında insanlara, xüsusən də qadınlara qızılcaya qarşı peyvənd vurulmayıb.

“Ana olmaq istəyən qadınlara xüsusilə peyvənd vurulmalıdır ki, onlar dünyaya sağlam uşaq gətirə bilsinlər”, - deyə Qamkrelidze vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi