Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - FOTO

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - FOTO Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Region
4 Oktyabr , 2019 10:37
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - FOTO

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.

Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir. 

Hadisə yerinə 41 xilasedici və 7 xüsusi texnika cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi