Yuxarı

​"Lukoyl" İranla karbohidrogen yataqlarının kəşfiyyatı üzrə saziş bağlayıb

Layihələr üzərində işin artıq başlandığı bildirilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın neft şirkəti "Lukoyl" İranla karbohidrogen yataqlarının axtarışı üzrə təqribən 6 milyon dollar məbləğində saziş bağlayıb.

"Report" qonşu ölkənin "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NIOC) Neft yataqlarının kəşfiyyatı şöbəsinin müdiri Hörmüz Kalavand məlumat verib.

Onun sözlərinə görə, karbohidrogen ehtiyatları axtarışı Daşte Abadan yatağı ərazisində və Fars körfəzinin şimal hissəsində yerləşən Xuzistan əyalətində aparılacaq.

Qeyd olunur ki, "Lukoyl" tədqiqatla bağlı bütün xərcləri öz üzərinə götürüb və layihələr üzərində iş artıq başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi