​"Lukoyl" İranla karbohidrogen yataqlarının kəşfiyyatı üzrə saziş bağlayıb

​"Lukoyl" İranla karbohidrogen yataqlarının kəşfiyyatı üzrə saziş bağlayıb Layihələr üzərində işin artıq başlandığı bildirilir
Region
25 Yanvar , 2016 06:56
​Lukoyl İranla karbohidrogen yataqlarının kəşfiyyatı üzrə saziş bağlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın neft şirkəti "Lukoyl" İranla karbohidrogen yataqlarının axtarışı üzrə təqribən 6 milyon dollar məbləğində saziş bağlayıb.

"Report" qonşu ölkənin "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NIOC) Neft yataqlarının kəşfiyyatı şöbəsinin müdiri Hörmüz Kalavand məlumat verib.

Onun sözlərinə görə, karbohidrogen ehtiyatları axtarışı Daşte Abadan yatağı ərazisində və Fars körfəzinin şimal hissəsində yerləşən Xuzistan əyalətində aparılacaq.

Qeyd olunur ki, "Lukoyl" tədqiqatla bağlı bütün xərcləri öz üzərinə götürüb və layihələr üzərində iş artıq başlanıb.

Son xəbərlər

Orphus sistemi