Yuxarı

Lukaşenko yaxın zamanlarda İrana səfər edəcək

Biz ümid edirik ki, yaxın zamanlarda Belarus prezidentinin İrana səfəri baş tutacaq

Bakı. 17 fevral. REPORT.AZ/ İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Belarus prezidenti Aleksandr Lukaşenkonun İran İslam Respublikasına səfərindən sonra Belarus-İran münasibətlərinin inkişaf edəcəyinə ümid edir. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu bəyanatı öz belarusiyalı həmkarı Vladimir Makeyevlə görüşü zamanı bildirib. 

"Biz ümid edirik ki, yaxın zamanlarda Belarus prezidentinin İrana səfəri baş tutacaq və bu da münasibətlərimizin inkişafı üçün yaxşı zəmin olacaq", - M.Zərif qeyd edib. O vurğulayıb ki, iki ölkə arasında hər zaman qarşılıqlı anlayış və beynəlxalq arenada tərəfdaşlıq münasibətləri mövcud olub. Nazir deyib ki, ölkələrimiz gələcəkdə də bir-birini dəstəkləməkdə davam edəcək. İran XİN rəhbəri qeyd edib ki, Tehran və Minsk arasında ticari-iqtisadi sahədə də yaxşı münasibətlər qurulub, onların potensialı isə tükənməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi