​Leysan yağışları Tbilisidə güclü daşqınlara səbəb olub

​Leysan yağışları Tbilisidə güclü daşqınlara səbəb olub Şəhərin bir çox küçə və meydanları su altında qalıb
Region
14 İyun , 2015 05:33
​Leysan yağışları Tbilisidə güclü daşqınlara səbəb olub

Bakı. 14 İyun. REPORT.AZ/ Küləklə müşayiət olunan güclü leysan yağışları Gürcüstanın paytaxtında daşqınlara səbəb olub.

"Report" xəbər verir ki, şəhərin bir çox küçə və meydanları su altında qalıb, su axınları evlərin zirzəmisinə və yaşayış binalarının birinci mərtəbələrinə dolub.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Tbilisinin xilasetmə xidmətləri daşqınların fəsadlarının aradan qaldırılması üçün fövqəladə rejimdə işləyirlər.

Təbii fəlakət nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. İki nəfərin öldüyü barədə məlumat yayılsa da, bu, hələ ki, rəsmi səviyyədə öz təsdiqini tapmayıb.

Su basmış Tbilisi zooparkı ərazisindən bir neçə vəhşi heyvanın, o cümlədən şir və pələngin qaçdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi