Bakı. 14 İyun. REPORT.AZ/ Küləklə müşayiət olunan güclü leysan yağışları Gürcüstanın paytaxtında daşqınlara səbəb olub.
"Report" xəbər verir ki, şəhərin bir çox küçə və meydanları su altında qalıb, su axınları evlərin zirzəmisinə və yaşayış binalarının birinci mərtəbələrinə dolub.
Gürcüstan
Təbii fəlakət nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. İki nəfərin öldüyü barədə məlumat yayılsa da, bu, hələ ki, rəsmi səviyyədə öz təsdiqini tapmayıb.
Su basmış Tbilisi zooparkı ərazisindən bir neçə vəhşi heyvanın, o cümlədən şir və pələngin qaçdığı bildirilir.