Yuxarı

Rusiyada atışmada 2 erməni öldürülüb, 3-ü yaralanıb

Polis hadisənin başvermə səbəblərini araşdırır və cinayətkarları axtarır

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Şlisselburq rayonunda avto-servisdə baş verən atışma nəticəsində 2 erməni öldürülüb, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Şahidlərin sözlərinə görə, qara rəngli "Mercedes"dən düşən qafqazlılara oxşar 5 nəfər avto-servisdə olanları qəfildən odlu silahdan atəşə tutublar: "Avto-servisdəkilər də silahlı idilər".

Məlumata görə, öldürülən 1956-cı il təvəllüdlü Qrayr Vardanyan və 1971-ci ildə anadan olan Armen Xurşudyanın biznes fəaliyyəti ilə məşğul olurmuşlar. 

Polis hadisənin başvermə səbəblərini araşdırır və cinayətkarları axtarır. Yaralıların hamısı polisin nəzarət altında müalicə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi