Yuxarı

Nikolay Bordyuja: "Ermənistandakı hərbi baza Türkiyə ordusuna qarşı deyil"

KTMT-nın baş katib: Vəziyyətin inkişaf edəcəyi ilə bağlı müxtəlif variantları müzakirə etməyi vacib saymıram

Bakı. 12 fevral. REPORT.AZ/ "Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası Türkiyə ordusuna qarşı deyil, bölgənin sabitliyini təmin etmək üçündür".

"Report" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə və iki ölkə arasında hərbi əməliyyatlar başlayacağı halda KTMT-nin tutacağı mövqeyə münasibət bildirən baş katib deyib: "Vəziyyətin inkişaf edəcəyi ilə bağlı müxtəlif variantları müzakirə etməyi vacib saymıram. Bunların siyasi yolla həllinə ümid edirəm. Müəyyən edilən tapşırıqları yerinə yetirmək üçün 102 saylı bazanın yetərincə potensialı var. Başqa qərarlar, təbii olaraq, bölgə dövlətləri rəhbərlərinin iştirakı ilə qəbul ediləcək. Ona görə də hər hansı yeni hərbi qüvvələrinin yaradılmasını vacib saymıram".

Baş katib qeyd edib ki, 102-ci bazanın hərbi potensialın artırılmasından xəbərsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi