Kseniya Sobçak: "Rusiyada prezident postu uğrunda seçkilərdə qələbə qazanmaq şansım azdır"

Kseniya Sobçak: "Rusiyada prezident postu uğrunda seçkilərdə qələbə qazanmaq şansım azdır" Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib
Region
20 Oktyabr , 2017 17:03
Kseniya Sobçak: Rusiyada prezident postu uğrunda seçkilərdə qələbə qazanmaq şansım azdır

Bakı. 20 oktyabr. REPORT.AZ/ Teleaparıcı Kseniya Sobçak Rusiyada keçiriləcək və onun namizəd olduğu prezident seçkilərində qələbə qazanmaq şansının az olduğunu etiraf edib.

"Report" xəbər verir ki, o, bu barədə Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində bildirib.

"Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm. Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər", - K.Sobçak deyib.

K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.

Xatırladaq ki, dünən xanım teleaparıcı 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Eyni zamanda K.Sobçak müxalifət lideri Aleksey Navalnının prezidentliyə namizəd kimi qeydə alınacağı təqdirdə namizədliyini geri götürməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi